Sosial şəbəkədə biz:

Təcili: Çin Dağlıq Qarabağın “müstəqilliyini” tanıyır

21 May 2015, 17:45
Gündəm
Rusiyanın “Life news” informasiya agentliyi Çinin BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə təqdim etməsi haqda sensasion informasiya yayıb. Virtualaz.org saytı Rusiya KV-lərinə istinadən xəbər verir ki, bu barədə Çinin baş naziri öz Tvitter səhifəsində yazıb. Baş nazir bildirib ki, əgər  ABŞ, Fransa və Rusiya Çinin “DQR”-in tanınmasına dair qətnaməsini dəstəkləksə, Qarabağ müstəqil dövlət olacaq və BMT-yə üzv qəbul ediləcək. Azərbaycan XİN isə bunu “erməni təbliğatçılarının növbəti boş şousu” adlandırıb.