Sosial şəbəkədə biz:

Vasif Talıbov Naxçıvanda yeni dövlət qurumu yaratdı

Naxçıvan Muxtar Respublikasında yeni dövlət qurumu yaradılıb. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam verib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək və bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol