Sosial şəbəkədə biz:

Bakıda yol polisindən qaçmaq istəyən sürücü qəza törətdi

Bakıda avtoxuliqanlıq edərək yol polisindən qaçmaq istəyən sürücü qəza törədib.
"Report" xəbər verir ki, Yasamal rayonu ərazisində "5 mərtəbə" adlanan yerdə yol polisinin əməkdaşları "BMW" markalı maşına "saxla" işarəsi veriblər. Amma sürücü hərəkəti davam etdirərək qaçmağa çalışıb.
Yasamal rayonu "Sovetski" adlanan ərazidə isə sürücü idarəetməni itirərək maşını yol kənarındakı tikilinin divarına çırpıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb. Sürücü izahatının alınması üçün polis bölməsinə aparılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol