Sosial şəbəkədə biz:

Fərhad Məmmədov qardaşının həbsindən danışdı

"Heç bir problem yoxdur" Bu gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovun saxlanılması barədə xəbərlər yayılıb. Ölkə.az hazırda Şanxayda səfərdə olan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla əlaqə saxlayaraq yayılam məlumatlara münasibətini öyrənib: "Mən bir saat öncə qardaşımla danışmışam. Heç bir problem yoxdur", - deyə SAM-ın rəhbəri bildirib. Qeyd edək ki, yayılan xəbərə görə, Fərid Məmmədov mayın 22-də həbs edilib. "Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol