Sosial şəbəkədə biz:

Azərbaycanlılar Moskvada yolu belə bağladı - Video

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların toy karvanı yolu bağlayıb.   ANS-in məlumatına görə, mayın 23-də Varşava magistralında azərbaycanlılara məxsus toy karvanının maşınları yol getdiyi zaman qəfildən hərəkəti dayandırıb.   Həmin karvana aid olan avtomobillərdən birində isə bunu videoya çəkərək sosial şəbəkədə paylaşıblar.   Kadrlarda da görünür ki, ümumilikdə beş maşın körpüyə girəndə qəsdən yolu kəsiblər. Onlardan ikisinin üzərində Azərbaycan bayrağı olub. Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər.   Yoldakı bu durğunluq cəmi 30 saniyə davam etsə də, magistral yolda sıxlıq yaranmasına səbəb olub.    

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol