Sosial şəbəkədə biz:

"Məndə 4 milyon nə gəzir? - Saxlanma xəbəri yayılan bankir

"Sizi inandırım ki, həyatım boyu 4 milyon dollar pul görməmişəm. Hazırda mənim adıma olan mənzil də ipotekadadır. Nəğd heç nəyim yoxdur”
Bunu Azvision.az-a açıqlamasında ötən həftə həbs xəbəri yayılan "Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov deyib.
Bankir haqqında yazılan xəbərləri yalanlarayaq, bu məlumatları yayan şəxsləri məhkəməyə verəcəyini bildirib.
"Vallah mən bilmirəm, 4 milyon dollar məsələsi nə idi? Kim nə yazıbsa, özü bilər. 4 milyon dollar məndə nə gəzir? Hər şeyim kreditdədir. Niyə belə yazırlar, başa düşə bilmirəm, dilim tutulur. Mənə inanmayanlar ofisə gəlsinlər, baxıb görsünlər ki, məndə 4 milyon dollar var, yoxsa yoxdur”.
bitmap-img6
Xatırladaq ki, bank direktorunun həbsi ilə bağlı çıxan yazıda əməliyyat zamanı onun ofisindən 4 milyon ABŞ dollarının götürüldüyü qeyd olunub.
F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol