Sosial şəbəkədə biz:

Azərbaycanda orta məktəbdə faciə: - şagird öldü

18 September 2017, 19:28
Gündəm
Bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Səməd Vurğun adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu məktəbin həyətində yıxılıb. Ağır xəsarət alan şagird Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Məktəbdən Lent.az-a bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib və 14 yaşlı şagird sinif yoldaşlarının yanında olarkən qəfil yıxılıb. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.