Sosial şəbəkədə biz:

Jurnalistlər onlar üçün tikilən binanı evi yananlara vermək istəyirlər

Bir qrup jurnalist onlar üçün tikilən ikinci binanı Binəqədidəki güclü yanğın zamanı evlərini itirmiş Bakı sakinlərinə vermək təşəbbüsü ilə çıxış edib.
Bu məlumatı virtualaz.org saytına jurnalistlərin təşəbbüs qrupunun üzvləri verib.
“Biz jurnalistlər əsl faciəyə çevrilən bu dəhşətli yanğın hadisəsini hərtərəfli işıqlandırmışıq. Biz xidməti vəzifəmizin icrası ilə əlaqədar bütün zərərçəkənlərlə söhbət etmişik və bu insanların hansı ağır faciə ilə üzləşdiyini, dərdlərinin nə qədər böyük olduğunu hamıdan yaxşı bilirik. Ona görə də dövlət tərəfindən biz jurnalistlər üçün tikilən binanı evsiz-eşiksiz qalmış yanğın qurbanlarına verilməsi təşəbbüsü ilə çıxış edirik. Ümid edirik ki, digər həmkarlarımız da bizim bu təşəbbüsümüzə qoşulacaq” - deyə jurnalistlər bildirib.
Xatırladaq ki, hazırda Bakıda jurnalistlər üçün ikinci binanın tikintisi gedir. Birinci belə bina 2013-cü ildə tikilib və jurnalistlərin sərəncamına verilib.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol