Sosial şəbəkədə biz:

İçərişəhərdə rəsm əsəri oğurlayan şəxs tutuldu

18 September 2017, 15:01
Gündəm
Bakıda rəsm əsəri oğurlamış şəxs tutulub. Musavat.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 13-də Səbail rayonunun İçəri Şəhər Kiçik Qala küçəsində yerləşən şirkətlərin birindən 1000 manat dəyərində rəsm əsəri oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tərlan Əsgərov saxlanılıb. Araşdırma aparılır.