Sosial şəbəkədə biz:

Tibb Universitetinin də üzlüyü sökülür- Foto

27 May 2015, 09:33
Gündəm
Azərbaycan Dövlət Tibb Universitetinin tədris-cərrahiyyə klinikasının binasında da poliuretan üzlüklərin sökülməsinə başlanılıb.  Azinforu.az ” ın  virtualaz.org-a istinadən məlumatına görə, 2013-cü ildə istismara verilən bu 13 mərtəbəli bina elə həmin il də odadavamsız poliuretan üzlüklərlə “bəzədilibmiş”. Qeyd edək ki, Bakıdakı binaların fasadına vurulmuş bu təhlükəli sintetik üzlüklərin sökülməsinə mayın 19-da Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğından sonra qərar verilib. Hökumət rəsmiləri Bakıda belə təhlükəli üzlüklə üzlənmiş 263 binanın olduğunu bildirib.