Sosial şəbəkədə biz:

Erməni anaları: "Oğullarımızın Qarabağda ölməsini istəmirik"

Bu gün Ermənistan prezidentinin ofisi qarşısında silahlı qüvvələrdə qeyri-döyüş şəraitində ölmüş əsgərlərin valideynlərinin növbəti etiraz aksiyası keçirilib. Oxu.az epress.am saytına istinadla xəbər verir ki, etirazçıların sözlərinə görə, ekspertizalar göstərib ki, onların oğulları öldürülüb və məmurlar bu faktlara laqeyd yanaşırlar. Ölmüş əsgərlərdən birinin atası Ovsep Muradyan bildirib ki, o, Ermənistan vətəndaşının Dağlıq Qarabağda hərbi xidmət keçməsinin qanunsuz olduğu barədə məsələ qaldırıb. Muradyanın sözlərinə görə, ombudsman da işlə bağlı maraqlanmır və parlamentdə yalan olaraq bildirib ki, Qarabağda xidmət çəkmiş əsgərlərin valideynlərindən şikayətlər almayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol