Sosial şəbəkədə biz:

Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri barəsində ölüm hökmü çıxarılıb

Ermənistanın “Panduk” terror təşkilatı Vəhdət Partiyasının sədri Tahir Kərimli barəsində ölüm hökmü çıxarıb. Onu öldürəcək şəxsi külli miqdarda pul vəsaiti gözləyir. Azinforum.az bildirir ki, bu barədə məlumatı publika.az-a Tahir K'rimlinin özü verib “Onlar mənim öldürülməyim barəsində qərar veriblər. “Panduk” terror təşkilatının barəmdə ölüm hökmü çıxarması barədə məlumatı Rusiyada olarkən əldə etdim. Həmin ölkənin Kislovodsk şəhərində olanda mənə bildirdilər ki, ermənilər səni axtarırlar. Qeyd edim ki, bu dönəmdə orda ətrafımda olanların da çoxu ermənilər idi. Bildirdilər ki, “Panduk” təşkilatı fotomu “Taxir Kerimli” adıyla axtarışa verərək, məni öldürəcək şəxsə mükafat vəd verib. Məqsədləri məndən qisas almaqdır. Həmin qərar qüvvədədir”. Tahir Kərimli əlavə etdi ki, ermənilər öz məqsədlərinə nail olmaq üçün rusdilli saytlardan da istifadə edirlər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol