Sosial şəbəkədə biz:

Keçiddə piyadaya yol verməyən sürücünü döydülər - VİDEO

Yaşlı sürücü maşını piyadanın üstünə sürməklə yanaşı qabaqdangəlmişlik də edib
Xarici ölkələrin birində baş vermiş bu olay sosial şəbəkələrdə yayılıb. Avtosfer.az-ın məlumatına görə, piyada keçidində piyadalara yol verməyən sürücü döyülüb. Zebranın üstündə hərəkət edən piyadaların üstünə maşın sürən yaşlı sürücü hətta özünə haqq qazandırmağa çalışıb. O, maşından düşərək piyadalara hücum çəkib və onları danlayıb. Nəticədə gənc piyada yaşlı sürücünün qulağından ağır zərbə endirərək oradan uzaqlaşıb. Sürücü isə qulağını tutaraq bir müddət hərəkətsiz qalıb. Avtosfer.az həmin olayın videosunu təqdim edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol