Sosial şəbəkədə biz:

Elçin Məmməd həbs edildi

Sumqayıt Gənclərini Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Avropadan gələrkən Bakı aeroportunda saxlanılıb. Bu barədə “Turan”a onun müavini Elçin Həsənov bildirib. Onun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova zəng vuraraq saxlandığını deyə bilib. E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Aprelin əvvəlində E.Məmmədə bildirilib ki, o, ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol