Sosial şəbəkədə biz:

Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edilib - SİYAHI

Azərbaycan Məhkəmə-Hüquq Şurasına (MHŞ) yeni üzvlər təyin edilib. Azinforum.az  xəbər verir ki, Salyan rayon Məhkəməsinin sədri Xəqanı Tağıyev, 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin hakimi İlham Əhmədov və Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov MHŞ-nin üzvü kimi fəaliyyətə başlayıb. Qeyd edək ki, R.İbrahimov həm də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. O, MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, MHŞ-da Vəkillər Kollegiyasının üzvü Şəfayət Həsənovu əvəz edib. MHŞ-da yeni üzvlərin təyin olunduğu digər iki yer isə vakant olub. Hazırda MHŞ-da bir vakant yer var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol