Sosial şəbəkədə biz:

Nemtsovun vurulduğu tapança tapıldı

Rusiyada müxalifətyönümlü siyasətçi kimi tanınan 55 yaşlı Boris Nemtsovun qətli zamanı istifadə olunduğu ehtimal edilən tapança tapılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazıb. Bildirilir ki, tapança “Şimal” xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb. Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov” tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi güman olunur. Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də Kreml yaxınlığındakı körpüdə odlu silahdan qətlə yetirilib. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub. Bu qətl ilə bağlı iki şübhəli - Anzor Qubaşevi və Zaur Dadayev saxlanılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol