Sosial şəbəkədə biz:

Alparslan Türkeşin oğlu AKP-dən istefa verdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərindən olan Əhməd Kutalmış Türkeş partiyasından istefa verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, Millətçi Hərəkat Partiyasının keçmiş lideri, mərhum Alparslan Türkeşin oğlu olan Ə.K.Türkeş qərarını partiyasının gələcək siyasəti ilə əlaqələndirib. O, istefa bəyanatında qeyd edib ki, Türkiyə Konstitusiyasındakı “türk” sözünün çıxarılması və ölkənin federasiyalara bölünməsi qərarı ilə razılaşa bilməzdi. Qeyd edək ki, Ə.K.Türkeşin istefası ilə AKP-nin parlamentdəki millət vəkillərinin sayı 311-ə enib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol