Sosial şəbəkədə biz:

"Petkim"də FETÖ əməliyyatı davam edir

20 September 2016, 11:10
Gündəm
Türkiyə polisi İzmir şəhərində yerləşən “Petkim” neft-kimya kompleksininin 4 ayrı ünvanında əməliyyat keçirir. AzVision.az “Hürriyyət” qəzetinə istinadən məlumat verir ki, dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyatlar yerli vaxtla bu gün səhər saat 09:00-da başlayıb və hazırda davam edir. Qeyd edək ki, bundan öncə Türkiyə polisi 2 dəfə "Petkim"də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında "Petkim" baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.