Sosial şəbəkədə biz:

İmişlinin icra başçısı dəyişdirilir - Yol verdiyi nöqsanlara görə

21 September 2016, 17:36
Gündəm
DİA.AZ: - Daha bir icra başçısı yaxın vaxtlarda görəvindən azad olunacaq. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynağın bilgilərinə görə, bu dəfə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam HAcıyevin vəzifəsindən azad edilməsi gözlənilir. Mənbənin dia.az-a söylədikləri: "Vilyam Hacıyev işindəki yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad olunur. Ona görə də bu dəyişiklik referendumdan əvvəl də gerçəkləşə bilər". Mənbə iddia edir ki, eyni zamanda 10-dan artıq başçı da postu ilə vidalaşacaq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...