Məleykəyə at bağışlayan İŞ ADAMI kimdir? - FOTO
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova ona hədiyyə olunan atla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. Aktrisa yeni teatr mövsümünə uğurla başlamaq üçün sevimli atını çapmalı olub. Təəssüratını isə belə ifadə edib: "At muraddır, arzu edirəm, işlərimiz uğurlu və ruh yüksəkliyi ilə keçsin”. Qeyd edək ki, "gündəlik-bakı.com" saytı bahalı atı aktrisaya bu il bir iş adamı tərəfindən bağışlandığını yazıb.