Sosial şəbəkədə biz:

Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 162-yə çatıb

23 September 2016, 21:50
Gündəm
Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 162-yə çatıb. APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub. Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir. Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.