Quba rayonunun Xınalıq kəndində qar yağıb
Quba rayonunun Xınalıq kəndində qar yağıb. Bu barədə kənd sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, kəndə dolu da düşüb.
Kənd sakini Rüstəm Məlikov çəkdiyi fotoları APA-ya təqdim edib.
Qeyd edək ki, Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.
◀▶


