Sosial şəbəkədə biz:

Referendumqabağı təşviqatı başa çatdı

25 September 2016, 10:27
Gündəm
Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb. Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumun təşviqat kampaniyasına 3 sentyabrda start verilib. Təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək yəni sentyabrın 25-i saat 8:00-da dayandırılıb. Onu da xatırladaq ki, iyulun 18-də prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərib. İyulun 25-də Konstitusiya Məhkəməsi Akta müsbət rəy verib. Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçiriləcək.