Sosial şəbəkədə biz:

Qapıçı bu qolla tarixə düşdü - VİDEO

25 September 2016, 15:19
Gündəm

Özbəkistanın gənclərdən ibarət yığmasının qapıçısı Jasurbek Umrazakov tarixi qola imza atıb.

Jasurbek 16 yaşlı futbolçular arasında keçirilən Asiya çempionatında fərqlənib. Özbəkistan və KXDR yığmaları qrupda 1-ci yerin taleyini müəyyənləşdirmək üçün qarşılaşıblar. Öz cərimə meydançalarında topa sahib olan özbək qapıcı onu güclü zərbəylə meydana daxil edib. Koreyalı qapıçı həmkarının zərbəsini ram edə bilməyib. Qarşılaşma Özbəkistanın qələbəsiylə yekunlaşıb - 3:1. Hər iki komanda 1/4 finala vəsiqə qazanıb. Jasurbek Umrazakov vurduğu qoldan sonra müzakirə predmetinə çevrilib. AzVision.az