Sosial şəbəkədə biz:

“Space”in radiosu bağlanıb? - Açıqlama

29 September 2016, 14:36
Gündəm
Bu gün səhərdən etibarən “Space 104 FM” radiosunun yayımı dayandırılıb. " Azinforum.az " xəbər verir ki, bu barədə “Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub. Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var: “Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”. *** “Space”dən "Qafqazinfo"ya bildirilib ki, radio bağlanmayıb: "Sadəcə bir günlük radioda profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən də bu gün radio fəaliyyət göstərməyib. Sabahdan 104 FM öz yayımını davam etdirəcək".