Sosial şəbəkədə biz:

Təhsil Nazirliyi müəllimlərin maaşını geri alır - ŞOK QƏRAR

29 September 2016, 20:39
Gündəm
Təhsil Nazirliyi 28 min müəllimin sentyabr ayı maaşlarının yarısını geri istəyib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin müəllimlər Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat çərçivəsində sentyabrın 1-də işdən çıxarılanlardır. Onların sentyabr maaşları isə avqustun 15-də hesablarına köçürülüb. FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı 81 bölgədə 37 minə yaxın müəllim işdən uzaqlaşdırılmışdı. Rəsmi qəzetdə sentyabrın 1-də yer alan xəbərə görə, onlardan 28 mini işdən qovulub. Qalan 15 min müəllim haqqında isə araşdırma davam etdirilir. Müəllimlər işdən uzaqlaşdırıldıqları dövrdə maaşlarının 2/3-ni alıblar.