Sosial şəbəkədə biz:

Rus məmur itkin düşdü- Azərbaycanlının katerindən

Yuqra-Xantı-Mansiysk Muxtar Vilayəti qubernatorunun müavini Vitali Yermoşinin itkin düşməsinə dair işin təfərrüatları məlum olub.  Aziforum.az ” oxu.az-a istinadən xəbər verir ki, o, gəzinti zamanı İrtış və Ob çaylarının qovuşduğu ərazidə katerdən yıxılıb. LifeNews-un məlumatına əsasən, məmurun yıxıldığı gəminin sahibi 55 yaşlı biznesmen Teyfur Heybətovdur. Milliyyətcə azərbaycanlı olan Heybətov əyalətdə iri inşaat şirkətinin rəhbəri və mesenat kimi məşhurdur. O, yerli müəllim və məmurlara həvəslə yardım edir, bu dəfə də öz katerini Vitali Yermoşina ödünc verib. Qeyd edilir ki, həmin gün kateri Yermoşin özü idarə edib. Grandezza markalı kater 5,5 milyon rubl dəyərindədir. İlkin dəyərləndirməyə əsasən çay gəzintisi zamanı gəmi saya oturub, qubernator müavini göyərtəyə çıxıb və oradan suya yıxılıb. Yermoşinin axtarışları davam edir, amma hələ ki, bir nəticə verməyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol