Sosial şəbəkədə biz:

Ərdoğan Klıcdaroğlunu məhkəməyə verir - "Qızıl unitaz" qalmaqalı 

02 June 2015, 11:43
Gündəm
Türkiyə prezidenti Tayyib Ərdoğan CHP sədri Kamal Klıcdaroğlunu məhkəməyə verir. Bu barədə Ərdoğanın vəkili Əli Özkaya açıqlama verib. Vəkil deyib ki, Ərdoğan Klıcdaroğlunu Prezident Sarayı iddiaları ilə bağlı məhkəməyə verir. Qeyd edək ki, Klıcdaroğlu açıqlama verərək, Prezident Sarayının unitazlarının qızıldan olduğunu bildirmişdi. Ərdoğan isə Klıcdaroğlunu yalançılıqda və böhtançılıqda suçlayaraq, CHP sədrinin iddialarını sübut edə biləcəyi təqdirdə prezident vəzifəsindən istefa verəcəyini demişdi. Vəkil Klıcdaroğluna qarşı yalan söylədiyi və böhtan atdığı üçün , təzminat davası açacaqlarını qeyd edib. İddia ərizəsi bu gün təqdim ediləcək.