Sosial şəbəkədə biz:

Bakıda valideyn müəllimin 10 yaşlı şagirdi döydüyünə görə polisə müraciət edib

03 October 2016, 12:46
Gündəm
Bakının Suraxanı rayonunda yerləşən 104 saylı orta məktəbdə şagird döyülüb. Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, bununla bağlı uşağın valideyni RPİ-yə şikayət edib. Məlumata görə, Tanrıverdi Nəcəfov adlı valideyn Suraxanı RPİ-yə müraciət edərək bildirib ki, oğlu 2006-cı il təvəllüdlü F.N. məktəbdə İradə adlı müəllim tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır. (“Report”)