Azərbaycanda Gülen məktəblərinin məzunları ilə - SÖHBƏT
Ələskər Nəhmədov 1998-ci ildə dörd il təhsil aldığı, hazırda Fethullah Gülen məktəbləri kimi tanınan təhsil ocaqlarından birini, Bakı Özəl Türk Litseyini bitirib.
Bundan sonra o, Azərbaycan Dillər Universitetində təhsilini başa vurduqdan sonra oxuduğu litseydə həm də ingilis dili müəllimi kimi işləyib. Hazırda isə o, ABŞ-da yaşayır. "Hər bazar ertəsi və cümə günləri Azərbaycan və Türkiyə himnlərini oxuyurduq. Bu zaman başımızın üstündə dalğalanan 3 rəngli bayrağımıza fərəhlə baxır və fəxr edirdik", Ələskər deyir. Türkiyədə 15 iyul çevrilişinə cəhddən sonra Azərbaycanda Gülen hərəkatına qarşı cinayət işi açılıb. Baş prokurorluğun bəyanatında deyilir ki, Fethullah Gülenin rəhbərlik etdiyi "Hizmət hərəkatı" Azərbaycanda "fəthullahçılığın" təbliğ ilə məşğuldur və sosial-dini nifrət və düşmənçilik yayır.
Ələskər Nəhmədov Bakı Özəl Türk Litseyinin məzunudur və daha sonralar litseydə ingilis dili müəllimi olubGülen məktəbləri və din
Azərbaycanda "Çağ Öyrətim İşlətmələri" şirkətinə məxsus türk litseyləri 1992-ci ildə Bakı və Sumqayıtda açılmış məktəblərlə fəaliyyətinə başlayıb. Daha sonra litseyin Azərbaycanın müxtəlif bölgələrində də filialları açılıb. Bu məktəblərdə Fizika, Kimya, Biologiya, Riyaziyyat, İngilis dili dərsləri ilə yanaşı, Mənəviyyat adlı dərs də tədris olunub. Orxanın bildirdiyinə görə, ilk illərdə həmin fənnin daxilində tərbiyə və əxlaq mövzuları keçilib. Daha sonra isə İslam tarixi fənni tədris edilib. Azərbaycandakı türk məktəblərinin məzunu olmuş, indi Türkiyədə yaşayan Hüseyin Qurbanov deyir ki, təhsil aldığı müddətdə ona qarşı dini və ideoloji təsirlərin olduğunu hiss etməyib. "Heç kimə öz istəyi olmadan hansısa bir dini kitab oxudulmur, verilmirdi", Hüseyin deyir. O bildirir ki, məktəblərdə Fethullah Gülenin kitablarını zorla oxudulması barədə deyilənlər doğru deyil. "Çox vaxt istər sosial şəbəkələrdə, istərsə də litseydə təhsil almamış dost-tanışlarla söhbət əsnasında ən çox bizə zorla Fethullah Gülenin kitablarının oxudulduğu haqda cəfəngiyyatları görmək və eşitmək məcburiyyətində qalıram," məzun deyir."Pərdələnmiş çağırış"
Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bildirir ki, ekspertlərin rəyinə görə Fethullah Gülenin kitablarında din adı altında çağırışlar əslində pərdələnmiş çağırışlardır və digər dinlər əleyhinə fikirlər var. Ələskər isə komitə rəhbərinin bu fikri ilə razı deyil. "O ekspertlərin bu rəyləri konkret hansı faktlara əsaslanaraq verdiklərini düzü bilmirəm. Şəxsən mən heç bir yerdə dövlət, millət və hökümət əleyhinə olan çağırışlara rast gəlməmişəm," o deyir. Hüseyin Qurbanov da Fethullah Gülenin bir neçə kitabını oxuduğunu və bu kitablarda digər dinlərə qarşı pərdələnmiş çağırışların olduğunu ilk dəfə eşitdiyini deyir. "Oxuduğum bir neçə kitabda əslində dinlərarası dialoqdan danışılırdı," Hüseyin bildirir.
2007-ci ildə Gəncə Özəl Türk Litseyindən məzun olmuş Orxan Məmməd hazırda Berlində yaşayırTürkiyənin istəyi
Azərbaycanda Gülen hərəkatına məxsus bütün litseylər və Araz universitetə hazırlıq kursları 2014-cü ildə "Çağ Öyrətim İşlətmələri" şirkətinin fəaliyyətini dayandırmasıyla Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətinə keçib.
ABŞ-da yaşayan din xadimi Fethullah Gülen ona qarşı olan ittihamları rədd edirBu ilin iyul ayında Türkiyədə çevrilişə cəhddən sonra isə Qafqaz Universitetinin rektoru vəzifəsindən uzaqlaşdırılıb və universitetin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə xəbər yayılıb.