Sosial şəbəkədə biz:

Fazil Məmmədovun müşavirlərinin sayı 10-a çatdı – Nazirlikdə yeni təyinatlar

07 October 2016, 12:57
Gündəm
Vergilər naiziri Fazil Məmmədovun müşavirlərinin sayı 10-a çatıb. Trend nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, Firuz Həsənov və Əflatun Məmmədov nazirin müşavirləri təyin ediliblər. Beləliklə, hazırda F.Məmmədovun müşavirlərinin sayı 10-dur: Firuz Həsənov, Əflatun Məmmədov, Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov.