Sosial şəbəkədə biz:

Sabirabadda avtobus faciəsi: 1 ölü, 11 yaralı

11 October 2016, 11:48
Gündəm
Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub. Ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu təsdiqlənib. Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur. Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. * * *10:09 Bu gün səhər saatlarında Sabirabad rayonunun Bulaqlı kəndində ağır yol qəzası baş verib. “Report”un məlumatına görə, həmin ərazidə yük maşını ilə sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində bir nəfər azyaşlı, 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb, 11 nəfər yaralanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.