Sosial şəbəkədə biz:

Türkiyə və İsrail 10 günə səfirlər təyin edəcək

13 October 2016, 20:53
Gündəm
Türkiyə və İsrail 10 gün ərzində qarşılıqlı olaraq səfirlər təyin edəcəklər. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib. O bildirib: "Bununla bağlı işlər davam edir. Xarici İşlər Nazirliyi vaxtı gələndə lazımi açıqlama verəcək. Düşünürəm ki, bir həftə - 10 gün ərzində qarşılıqlı olaraq səfirlərin təyin edilməsi müddəti də başa çatacaq". Lakin İ.Kalın yeni səfirlərin adını çəkməyib. (Trend)