Sosial şəbəkədə biz:

Oqtay Şirəliyevdən yeni - Təyinat

15 October 2016, 21:25
Gündəm
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına RMX yeni baş həkim təyin edilib. “ Azinforum.az ” ın Report-a istinadən məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Hüseynov bundan əvvəl akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.