Sosial şəbəkədə biz:

Aşıq Əlinin 115 minlik avtomobili - FOTOLAR

04 June 2015, 15:57
Gündəm
Axşam.az-ın məlumatına görə, sənətçi maşınını Türkiyədə dizayn etdirib.
Əməkdaşımızla söhbətində aşıq avtomobili ilə bağlı xəbər verib:
“Avtomobili Bakıdan almışam. Türkiyəyə göndərdim ki, içərisini istədiyim kimi dizayn etsinlər. Mən maşın sürmürəm, sürücü idarə edir. Ona görə də özüm üçün rahatlıq yaratdım. Bunu seçilmək üçün etməmişəm. Kimdən artığam ki, seçiləm də. İçində hər bir şəraiti var. Çay dəmləməkdən tutmuş, internetə kimi... Bir sözlə vanna otağından başqa hər şey yığılıb. Avtomobili 50 minə aldım. İçərisinin dizaynına isə 65 min avro xərclədim. Qara rəngi sevmirəm. Ona görə də maşın üçün ağ rəngi seçdim”.
Aşıq Əlinin 115 minlik qeyri-adi avtomobili  - FOTOLAR
Aşıq Əlinin 115 minlik qeyri-adi avtomobili  - FOTOLAR