Sosial şəbəkədə biz:

Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurdu

18 October 2016, 11:03
Gündəm
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, Səbail rayonu ərazisində, Bakı-Salyan şossesində 1989-cu il təvvəllüdlü Fərhad İsmayılov yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyib. Bu zaman onu avtomobil vurub. Məlumata görə, F.İsmayılovu yol-nəqliyyat hadisəsini törədən sürücünün özü xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, F.İsmayılovun vəziyyəti orta ağırdır.
Qeyd edək ki, hadisə baş verən ərazidə - Bayraq meydanının yaxınlığında piyadalar üçün nəzərdə tutulan piyada keçidi var. Lakin Fərhad İsmayılov həmin piyada keçidindən istifadə etməyib.