Sosial şəbəkədə biz:

Bakıda ATS-i su basdı – Sakinlər telefonsuz qaldı

18 October 2016, 11:49
Gündəm
Bakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb. Yasamal Telefon Qovşağı EATS 401-dən AzVision.az-a verilən məlumata görə, dünən axşam saatlarında telefon qovşağının binasını su basıb. Kabellər zədələndiyi üçün qovşağın əhatə etdiyi nömrələrin işləməsində problem yaranıb. ATS-dən bildirilib ki, hazırda ərazidə iş gedir və günorta saatlarından sonra bütün nömrələr işlək vəziyyətdə olacaq.