Sosial şəbəkədə biz:

Hacı İbrahim Nehrəmli işçilərin maaşını vermir

“Avesta Konserni” MMC-nin mühasibi Sabirə Sadıqova media vasitəsi ilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb və hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş edib. Onun sözlərinə görə, işçilər 2015-ci ildə yalnız yanvar ayının əmək haqqını ala biliblər. O da martda... Digər aylar üçün isə əmək haqları ödənilməyib. “Mən 2013-cü il oktyabrın ikinci ongünlüyündə “Avesta Konserni” MMC-nin baş ofisində işə qəbul olunmuşam. Əmək müqaviləsində əmək haqqım 200 manat qeyd olunub, amma tutduğum vəzifə düzgün qeyd edilməyib. Əmək müqaviləsinin ikinci nüsxəsi mənə təqdim olunmayıb. Mən vitse-prezident yardımçısı, Maliyyə Departamentində təchizatçılarla iş bölməsində təchizatçıların mühasibat hesabatının təqdim olunması işi ilə məşğul olmuşam. 2014-cü il iyulun 1-də Maliyyə Departamentində mühasib vəzifəsinə təyin edilmişəm. Əmək haqqı 250 manat olub. 2015-ci il aprelin 10-da şəxsi istəyimlə işdən azad olunmuşam. 2015-ci il üçün əmək haqqımın cüzi bir hissəsini ala bilmişəm”, - o qeyd edib. S. Sadıqovanın sözlərinə görə, şirkət 2015-ci ilin yanvarından əmək haqlarını gecikdirilməyə başlayıb. “Avesta Konserni” MMC-nin rəsmi İnternet saytında göstərilən telefonlara cavab verən olmayıb. ("Turan")


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol