Sosial şəbəkədə biz:

Quba-Xınalıq yolu açıldı

18 October 2016, 15:43
Gündəm
Quba-Xınalıq yolunda qaya parçasının yolun hərəkət hissəsinə düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış problem aradan qaldırılıb. Bu barədə virtualaz.org-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətində problem müşahidə olunmur və hərəkət tam bərpa edilib. Gülnar Əliyeva Virtualaz.org *   *   *13:37 Qubada yola iri qaya parçası düşüb. "ARB Şimal" xəbər verir ki, Quba-Xınalıq yolunun 23-cü km-nə iri qaya parçası düşüb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 5 saylı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.