Şəkidə polislər sürücüləri təəccübləndirdilər – VİDEO
Azərbaycan xalqı bu gün müstəqillik gününü bayram edir. Xalqın vətənpərvərlik ruhunun daha yüksək olduğu bu günlərdə Şəki polisi və ARB Şəkinin əməkdaşları maraqlı bir aksiya təşkil etdi. Belə ki, bu dəfə polis sürücüləri cərimə etmək üçün yox, bayram münasibətilə Azərbaycan respublikasının bayrağını təqdim etmək üçün saxlayıb.