Sosial şəbəkədə biz:

Vidadi Zeynalovun məhkəməsinin vaxtı dəyişdirildi

19 October 2016, 10:53
Gündəm
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı dəyişdirilib. APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası hakim Əfqan Hacıyevin sədrliyi ilə noyabrın 8-də keçiriləcək. Hazırlıq iclası əvvəlcə noyabrın 9-na təyin olunsa da, Bayraq günü ilə əlaqədar həmin tarix qeyri-iş günü olduğundan iclasın vaxtı dəyişdirilib.