Sosial şəbəkədə biz:

Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... - Fotolar +Yenilənib

20 October 2016, 13:49
Gündəm
Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş.Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşfiq Qurbanov “Azəravtoyol” ASC-də Aparat rəhbəridir. Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb. *** Lent.az-ın məlumatına görə, Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb. *** Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, xəsarət alanlar 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib: “Hazırda üçünün də vəziyyəti ağırdır”. Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... -  Fotolar +Yenilənib