Sosial şəbəkədə biz:

İcra başçısının polkovnik qardaşı vəfat etdi

20 October 2016, 15:35
Gündəm
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib. " Azinforum.az " "Report"a istinadən xəbər verir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2006-cı ildə təqaüdə çıxıb. Xatırladaq ki, N.Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdı.