Sosial şəbəkədə biz:

Xalq artistinin rejissor oğlu qəzada öldü

22 October 2016, 09:55
Gündəm
AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib. Onu maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur. Dünyasını dəyişən rejissorun dörd övladı var.(Musavat.com)