Sosial şəbəkədə biz:

3-cü arvadının başını kəsdi – Zərdabda dəhşət

23 October 2016, 16:59
Gündəm
Zərdab rayonunda ər arvadını qətlə yetirib. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib. Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A.Astanov R.Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.