Sosial şəbəkədə biz:

Qızını zorladı, gəlin öldü, qaynananın vəziyyəti ağırdır

24 October 2016, 13:18
Gündəm
Femida.az həftənin önə çıxan hüquq mühafizə və cinayət xəbərlərinin xronikasını təqdim edir.
Bakıda nurçulara qarşı əməliyyat - TƏCİLİ Əməliyyat nəticəsində xeyli sayda dini ədəbiyyat tapılıb. *** Xaçmazda fahişə biznesi yaradan şəxs kimdir? - RƏSMİ Xaçmaz rayonunda restoranda əxlaqsızlıq yuvası müəyyən edilib. *** Qaynana öldü, gəlinin vəziyyəti ağırdır - Şəmkirdə faciə Şəmkirdə dəm qazından zəhərlənmə olub. *** Səfər İmanovun cinayət işinin icraatı dayandırıldı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun barəsində olan cinayət işinin icraatı dayandırılıb. *** Elnur Nağızadə ilə bağı istintaq dayandırıldı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində başlanmış cinayət işi üzrə istintaq dayandırılıb. *** Beyləqan dəhşət: yaşlı qadın diri-diri yandı Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailənin yaşadığı evdə yanğın hadisəsi olub. *** Ömürlük azadlıqdan məhrum edilən polisdən XƏBƏR VAR Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb. *** Naxçıvanlı silahla polis bölməsinə girdi Naxçıvan sakini tapdığı silahı təhvil verib. *** Lənkəranda dava: araya girən qadın öldü Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb. *** Bakıda dəhşətli partlayış: ölən və yaralananlar var (YENİLƏNİB) Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib. *** 9-cu mərtəbədən düşən qadın intihar edibmiş Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub. *** Şabranın DYP rəisi işdən çıxarılıb Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. *** Siyəzəndə DƏHŞƏT: Ər hamilə arvadını bıçaqladı Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb. *** Əsgəri iplə boğan komandirlərə hökm oxundu - 27 il Dünən Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Bilacəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun intiharı, digər əsgərlərə işgəncə verilməsində təqsirləndirilən manqa komandirləri Ruslan Cavadov, Elməddin Babayev və Cəmil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. *** Qadın qanına susayan azərbaycanlı kişilər - SİYAHI (18+) Son illər qadınlara qarşı zorakılıq gündən-günə artmaqdadır. Demək olar ki, son bir ayın statistikasına baxsaq qadın qətillərinin gündəlik xəbərlərin bir hissəsinə çevrildiyini görərik. Onların ərləri və yaxud keçmiş həyat yoldaşları, qardaşları tərfindən qətlə yetirildiyini müşahidə etmək olar. *** Qızını zorlayan ögey ataya hökm oxundu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı zor tətbiq etməklə seksual hərkətlər törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. *** 5 uşaq anası döyülərək öldürülüb - Balakəndə Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. *** 13 saylı `zon`da nə baş verib? - Cinayət işi açıldı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə (CM), Müalicə Müəssisəsinə və İxtisaslaşmış Müalicə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər. *** Əli İnsanovun apellyasiya şikayəti icraata verilib Sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti icraata verilib. *** Bakıda daha bir ev partladı: yaralılar var (FOTO + VİDEO) Samuxda qaz sızması güclü partlayışa səbəb olub. Partlayış nəticəsində yararsız hala düşən evdə iki nəfər ağır xəsarət alıb. *** Vidadi Zeynalovun cinayət işi üzrə 205 şahid var Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş və şahidlərin sayı məlum olub. *** Bulvarda intihara cəhd - Qız özünü dənizə atdı Bakıda 20 yaşlı qız özünü dənizə atmaq istəyib. *** Ucar sakininə 6-cı dəfə hökm oxundu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Həbib Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.