Sosial şəbəkədə biz:

Bakının məşhur gecə klublarından biri bağlandı

25 October 2016, 10:26
Gündəm
Bakının mərkəzində yerləşən “Infiniti” gecə klubu bağlanıb. Vesti.az xəbər verir ki, klubunun bağlanmasına Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşən bina sakinlərinin çoxsaylı şikayətləri səbəb olub. Sakinlər bildiriblər ki, gecə saatlarında spirtli içki qəbul edərək klubda əylənənlər söyüşləri ilə ətrafda yaşayanları narahat edirdilər. Sözügedən məkanın rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.