Sosial şəbəkədə biz:

Bakı Apellyasiya Məhkəmə sistemində — Yenilik

25 October 2016, 23:36
Gündəm
Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünə başlanılıb. Azinforum.az-ın Report-a istinadən məlumatına görə, bu prosedur Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014 -cü il tarixli sərəncamına uyğun olaraq aparılır. Xatırladaq ki, bundan əvvəl işlərin hakimlərin arasında bölüşdürülməsi məhkəmə sədri tərəfindən həyata keçilirdi.