Sosial şəbəkədə biz:

Əli Abbasova cinayət işi açılması xəbəri yalan çıxdı - AÇIQLAMA

26 October 2016, 14:01
Gündəm
Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova cinayət işi açılması ilə bağlı mətbuatda xəbər yayılıb. Məsələ ilə bağlı sabiq nazirin vəkili Kamandar Nəsibov Unikal.org-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu yalan və əsassız xəbərdir. Arxasında hansısa maraqlar dayanır. Əli Abbasov barəsində cinayət işi yoxdur. ”