Sosial şəbəkədə biz:

Güclü yağışlar cənub bölgəsində ciddi fəsadlara səbəb olub - FOTOREPORTAJ

26 October 2016, 20:38
Gündəm
Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar subasmaya səbəb olub.  Belə ki, Masallı rayonun Böyük Təklə kəndində Göytəpə və Yazqıraq çaylarının bir-birinə qovuşaraq daşması nəticəsində 40-a yaxın yaşayış evinin ərazisi su altında qalıb. Hətta bəzi ərazilərdə suyun səviyyəsi 1,5 metrə qalxıb. Bundan əlavə, Viləşçay, Tatyançay, Boradigahçayda sululuğun səviyyəsi maksimum həddə çatıb. (“Report”)